Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev fransalı qonaqları, ardından İSESKO-nun baş direktorunu qəbul edib

Qonaqlar Azərbaycanın inkişafından məmnunluq ifadə ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyi, müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı, münasibətlərimizin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

Görüşdə Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazen ölkəsinin Azərbaycan ilə Fransa arasında münasibətlərin təkcə siyasi, iqtisadi sahələrdə deyil, humanitar və digər sahələrdə də inkişaf etdirilməsinə maraqlı olduğunu bildirdi.

 

Prezident İlham Əliyev bu gün İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini də qəbul edib. İSESKO-nun baş direktoru xalqımızın ümummilli lider Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq Əbdüləziz bin Osman əl-Tüveycrinin bu beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğuladı.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd etdi.

Görüşdə Azərbaycan-İSESKO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 






10 May, 2011  21:08 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner