Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: “Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək”

Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri var.

“Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq”.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident İlham Əliyev mayın 6-da Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı Ağcabədi rayonunda yeni süd kombinatının açılışı barədə bildirib ki, bu çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri var.
Ona görə, belə böyük və müasir komplekslərin yaradılması çox vacib məsələdir. Bu kompleks bölgədə, nəinki Cənubi Qafqazda, qonşu ölkələrdə tikilmiş komplekslərin arasında həm müasirliyi, həm də istehsal gücü ilə fərqlənir. “Mən çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək”, o bildirib.
Prezidentin fikrincə bütövlükdə Ağcabədi rayonunda sənaye və sosial infrastrukturun yaradılması işində müsbət meyillər vardır. Burada həm sosial obyektlər tikilir, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlər öz həllini tapır. Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq. Elə etməliyik ki, gələcək illərdə bu müsbət meyillər daha da güclənsin və ölkəmizdə müasir sənaye komplekslərinin sayı artsın, o deyib.
İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı üçün konkret proqramlar icra edilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi başlanmışdır. İkinci Dövlət Proqramı 2013-cü ilə qədər başa çatmalıdır. Proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapacaq”.
Onun sözlərinə görə, son illərdə bir milyona qədər yeni iş yerləri açılıb. Ancaq hələ ki, işsizlik var. “Belə gözəl komplekslərin yaradılması işsizliyin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bununla bərabər, yerli istehsalın artırılması, idxaldan asılılığımızın azaldılması, yoxsulluğun aşağı salınması məsələləri də öz həllini tapmaqdadır”, prezident deyib.
Növbəti illərdə kənd təsərrüfatının emal sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atılacağını deyən prezident geyd etdi ki, kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Birinci növbədə dövlət siyasəti düzgün istiqamətdə aparılır, sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il böyük məbləğdə vəsait nəzərdə tutulur. Bu il sahibkarlara 125 milyon manat vəsait veriləcək. Bu kompleksin yaradılmasında müəyyən dərəcədə dövlət imkanlarından istifadə olundu. Ancaq investisiyaların mütləq əksəriyyəti sahibkarlar tərəfindən qoyulmuşdur. Bu da çox müsbət haldır. Bu, onu göstərir ki, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı vardır.
İlham Əliyev deyib ki, həm yerli sahibkarlar, həm xarici investorlar Azərbaycana maraq göstərirlər. Bu onun nəticəsidir ki, ölkədə çox düzgün investisiya siyasəti aparılır. Son illərdə ancaq kənd təsərrüfatı sahəsinə yüz milyon dollarla ölçülən investisiyalar qoyulub. Azərbaycanda bütövlükdə investisiyaların həcmi yüz milyard dollara yaxındır. Bu investisiyaların demək olar ki, əlli faizdən bir az çoxu daxili investisiyalardır.
O qeyd etdi ki, investisiya layihələri Azərbaycanda icra edilir. Dövlət İnvestisiya Şirkəti bu istiqamətdə çox vacib funksiyalar icra edir. Dövlət İnvestisiya Şirkəti daha çox böyük infrastruktur və sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyi göstərir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox kənd təsərrüfatı, emal müəssisələri və regional əhəmiyyət daşıyan müəssisələrin yaradılmasına xidmət göstərilir.
Azərbaycanda ümumi iqtisadi inkişaf çox müsbətdir, deyən prezident bildirdi ki, hətta böhranlı illərdə iqtisadiyyat artıb. Bu ilin investisiya proqramında çox vacib məsələlər həllini tapacaq. İnfrastruktur layihələri icra edilir. İndi ölkədə genişmiqyaslı qazlaşdırma prosesi gedir. Kənd yollarının tikintisi uğurla gedir. Növbəti illərdə içməli su, kanalizasiya, suvarma, meliorasiya məsələlərinə daha çox diqqət göstərilməlidir. Bu yaxınlarda Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində 2013-cü ilə qədər Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaq.
Prezident qeyd etdi ki, regional inkişaf proqramı uğurla icra olunur. 2004-cü ildən bu proqram icra edilir və proqramın ikinci mərhələsi 2013-cü ildə başa çatacaqdır. Ondan sonra biz baxacağıq ki, əlavə hansı tədbirlər görülməlidir. Məqsəd qoyulub ki, 2004-2013-cü illərdə, yəni on il ərzində ölkə qarşısında duran əsas infrastruktur, sosial və iqtisadi məsələlər öz həllini tapsın. “Biz bu məqsədə yaxınlaşırıq. Ötən səkkiz ilin təcrübəsi onu göstərir ki, istənilən istiqamətdə çox gözəl nəticələr vardır. İş yerləri açılır, yoxsulluq azalır, sənaye müəssisələri yaradılır, infrastruktur layihələri icra edilir. Biz elektroenergetika sahəsinə çox böyük investisiyalar cəlb etmişik və bu gün nəinki özümüzü təmin edirik, hətta ixrac potensialımız yaranıb”, o deyib.
Dövlət başçısı bildirib ki, emal müəssisələrinin fəaliyyəti də ixracyönümlü olmasına calışmaq lazımdır. “Düzdür, birinci mərhələdə biz daxili tələbatı daxili istehsal hesabına tam şəkildə təmin etməliyik. Bu, çox vacib məsələdir. Əgər biz buna nail olsaq, bir neçə vacib məsələni həll etmiş olacağıq, o cümlədən işsizliklə bağlı məsələlər də daha tezliklə həllini tapacaqdır. Ancaq biz ondan sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının və emal məhsullarının ixracı ilə bağlı yeni bazarlara çıxmalıyıq”.
Bunun üçün əlbəttə ki, istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır, deyən prezident bildirdi ki, biz nəinki qonşu bazarlara ixrac imkanlarımızı, potensialımızı artırmalıyıq, Avropa bazarlarına da çıxmalıyıq. Avropa bazarlarına çıxmaq üçün, əlbəttə ki, yüksək keyfiyyətli məhsullar istehsal olunmalıdır. O əmin olduğunu bildirdi ki, belə müasir səviyyədə qurulmuş süd kombinatından, istənilən ölkəyə məhsul ixrac etmək mümkün olacaq.
Prezident vurğuladı ki, sahibkarlara bundan sonra da dövlət dəstəyi göstəriləcək. Bu, həm siyasi, həm iqtisadi dəstəkdir, həm də maliyyə dəstəyidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələn illərdə də lazımi səviyyədə vəsait nəzərdə tutulacaq. Azərbaycanda maliyyə problemləri artıq həllini tapır. Yalnız keçən il 15 milyard dollar səviyyəsində investisiya qoyulub. Bu il büdcəyə düzəlişlər edilməlidir, dürüstləşmə aparılmalıdır. Bu dürüstləşmə həm infrastruktur layihələrini əhatə etməlidir, eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün orada vəsait nəzərdə tutulacaq. Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaq.
O deyib ki, dövlət ölkənin inkişafı üçün bütün tədbirləri görür. Sahibkarlar da ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. “Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər.
Mən keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, Avropa bazalarına çıxsın deyəndə, onu da qeyd etməliyəm ki, daxili bazara da ancaq və ancaq keyfiyyətli məhsullar lazımdır. İndi dövlət qurumları bu məsələ ilə bağlı çox fəal iş aparırlar. Bazarda keyfiyyətsiz məhsulların yığışdırılması prosesi gedir, monitorinq aparılır. Bu məsələyə çox böyük diqqət göstərilməlidir. Keyfiyyətsiz məhsullara qarşı ciddi mübarizə aparılmalıdır. Bu, həm idxal mallarına və həm də Azərbaycanda istehsal olunan mallara aiddir. Keyfiyyət birinci dərəcəli məsələdir”, dövlət başçısı deyib.
Prezident hesab edir ki, bu siyasət nəticəsində gələcək illərdə ölkəmizdə çox güclü sənaye, yəni, emal sənayesi potensialı yaradılacaq. Artıq müxtəlif bölgələrdə yeni gözəl emal kompleksləri tikilir, o cümlədən süd kombinatları tikilmək və bu proses davam etdiriləcək.

Bununla bərabər, rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcək. “Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq işimizə çox böyük mane törədir. İnhisarçılıq həm idxalda, həm də ki, yerli istehsalda özünü göstərir”, o bildirdi. Prezident xatırlatdı ki, Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri süni şəkildə qaldırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi və nəzarət təşkil edildi ki, həm Azərbaycanda istehsal olunan məhsulların qiymətləri şişməsin, eyni zamanda, məhsulların idxalında tam şəffaflıq təmin edilsin. Sağlam rəqabət biznes mühitinin yaxşılaşdırılması üçün ən vacib amillərdən biridir.
Prezident qeyd edib ki, bununla bərabər, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də öz müsbət nəticələrini verməkdədir. Bu, həm sosial sahədə özünü göstərir, dövlət qurumlarının fəaliyyəti daha da şəffaf olur, ictimai nəzarət güclənir, eyni zamanda, biznes sektorunda da rüşvətxorluğa, əsassız tələblərə son qoyulmalıdır. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər.
O vurğuladı ki, ölkənin ümumiyyətlə, bütün maliyyə sistemində şəffaflığı təmin edilməlidi, bu edilir və bu sahədə böyük uğurlara nail olunub. “Mən Azərbaycan Dövlət Neft Fondunu misal gətirə bilərəm. Dünya miqyasında fəaliyyət göstərən bütün oxşar fondların arasında ən şəffaf və ən gözəl idarə olunan neft fondu Azərbaycan Dövlət Neft Fondudur. Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən Neft Fondunun fəaliyyəti yüksək qiymətləndirilir. Bu Dövlət Neft Fondunu biz yaratmışıq və biz idarə edirik. Bu, onu göstərir ki, siyasi iradə, düzgün menecment və peşəkarlıq olan yerdə biz ən yüksək dünya standartlarına nail ola bilərik və belə olan halda bütün başqa sahələrdə də şəffaflıq, dürüstlük olmalıdır. Biznesə gəldikdə, bir də demək istəyirəm ki, sağlam rəqabət aparılmalıdır”.
Bugünkü iclasda bölgənin rayonlarının icra hakimiyyəti başçıları da iştirak edirlər, deyən prezident qeyd etdi ki: “mən dəfələrlə onlara da öz sözümü demişəm. Onlar sahibkarlığa kömək göstərməlidirlər, maneçilik törətməməlidirlər. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Bu sahədə son illərdə çox müsbət dəyişikliklər var. Yerli icra orqanlarının əksəriyyəti dövlət siyasətini düzgün başa düşür və düzgün icra edir. “Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, bütün bölgələri gəzirəm. İnsanlarla görüşürəm, soruşuram, məlumat mənbələrim var. Harada nəyin baş verməsindən də kifayət qədər xəbərim var. Ona görə, deyə bilərəm ki, əksər hallarda yerli icra orqanları bu işlərdə özlərini yaxşı göstərirlər. Harada ki, nöqsanlar, qüsurlar var, bu məsələyə də biz lazımi diqqət göstəririk, lazımi ölçülər götürülüb və götürüləcək”, prezident bildirdi.






9 May, 2011  03:44 Baxılıb: 989 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner