Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Gülüstan” sarayında YAP-ın konfransı

İctimaiyyət Heydər Əliyevi yad edir

Bu gün “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müasir strategiyası” mövzusunda konfrans keçirilib.

Konfransdan əvvəl partiya rəhbərliyi, millət vəkilləri və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Simsar.az-ın məlumatına görə, konfransda çıxış edən YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələr həyata keçirildiyini deyib: “Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə də ciddi təkan verib”.

Baş nazirin müavini Yaqub Eyyubov isə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən bir şəxs haqqında danışmaq çox məsuliyyətli işdir: “Bu haqda nə qədər də danışsaq da azdır”. Y. Eyyubov H. Əliyevlə bağlı xatirələrini danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ümummilli liderin adının Azərbaycanın tarixində əbədi həkk olunduğunu söyləyib. O deyib ki, H. Əliyev 1993-cü ildə Azərbaycanda milli vətəndaş qarşıdurmasının qarşısını almaqla yanaşı, ölkənin iqtisadi inkişafı üçün də həyati əhəmiyyətli işlər görüb: “Azərbaycanın enerji resurslarını xarici bazarlara çıxara biləcəyinə şübhə ilə yanaşanların qarşısında Heydər Əliyevin iradəsi durmuşdu”. Onun sözlərinə görə, bu gün də Azərbaycanı öz geosiyasi maraqlarına uyğunlaşdırmaq istəyən qüvvələr var.

Milli Məclisin sədr müavini Bahar Muradova isə Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayıb: “Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən cəhdlərin qarşısı alınır”. B. Muradova qeyd edib ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçməkdədir.

Konfrans işini bölmələrdə davam etdirəcək.






7 May, 2011  18:03 Baxılıb: 1128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner