Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Müxalifət lideri həbs olundu

Suriya hökuməti mayın 6-da müxalifətin lideri Riad Seifi (Riad Seif) həbs edib

Seif paytaxt Dəməşqin Midan məhəlləsində hökumət əleyhinə nümayişdə tutulub. Bu barədə onun qızı Jumana Seif (Jumana Seif) xəbər verib. “Atamı və bir neçə nümayişçini Al Hassan məscidi yaxınlığında tutaraq, avtobusa basdılar”, -deyə J. Seif bildirib.

64 yaşlı R. Seif siyasi dissidentdir. O, əvvəllər parlamentin üzvü və nüfuzlu biznesmenlərdən olub. 2001-ci ildə hakim Ərəb Sosialist İntibah Partiyasına müxalif partiya yaradıb. Bundan sonra bir neçə dəfə həbs olunan R. Seif 2010-cu ildə azadlığa çıxıb.

Qeyd edək ki, demokratik islahatlar tələbi ilə aksiyalar Suriyada martın ortalarında başlayıb. Müxalifətin məlumatına görə, nümayişçilərlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda 500-dən artıq insan həlak olub. Hökumət isə 70 mülki şəxsin, 80-dən artıq əsgər və polisin öldüyünü açıqlayıb.

Etiraz aksiyaları, əsasən Deraa şəhərində keçirilir.






7 May, 2011  01:39 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner