Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsveçrə Azərbaycanın notasına cavab verdi

Federal Departament təəssüfünü bildirib

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin İsveçrə Xarici İşlər Federal Departamentinə göndərdiyi etiraz notasına cavab verilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az.az-a verilən məlumata görə, etiraz notası 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisinin aprelin 29-da İsveçrənin Cenevrə şəhərində keçirilmiş açılış mərasimində Ermənistana aid olan “stend”lərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə əlaqədar göndərilib. 

Federal Departamentdən səfirliyimizə daxil olmuş cavab notasında sərgidə ermənilər tərəfindən təhrif olunmuş materialların nümayiş edilməsinin təəssüf doğurduğu bildirilir. Materiallara görə stend sahiblərinin məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu halda mümkün ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı sərginin təşkilatçıları Departament tərəfindən məlumatlandırılıb və təşkilatçılar erməni stend sahiblərini inandırmaq üçün əllərindən gələni ediblər.

Məktubda ermənilər tərəfindən nümayiş etdirilmiş təhrifedici materialların Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlarla bağlı İsveçrə Hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi və İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində İsveçrə vətəndaşlarına ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətraf rayonlara səfər etməmələrinin rəsmən tövsiyə edildiyi xüsusi qeyd olunub.






6 May, 2011  23:52 Baxılıb: 1089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner