Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda hərəkət məhdudlaşdırılır

Aprelin1-dən 3-dək Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Simsar.az-a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək qonaqların iştirak edəcəyi tədbirlər başa çatanadək paytaxtın bir sıra mərkəzi yolları istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Belə ki, paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq və Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azneft dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov küçələri, eləcədə İçərişəhər, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və əks istiqamətlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Ona görə də sürücülərdən xahiş edilir ki, nəqliyyat sıxlığının yaşanmaması və tıxaclarda qalmamaları üçün qeyd edilən ərazilər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.






31 Mart, 2015  21:12 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner