Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlıların Soyqırım günü ADU-da ANILDI

Azərbaycan Dillər Universitetində (ADU) “31 mart Azərbaycanlıların Soyqırım Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ADU-nun Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, dekanlığın əməkdaşları, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Müasir Fransız dili kafedrasının baş müəllimi Kəmalə Kərimova və fakültənin 238 a və 238 b qrup tələbələri iştirak edib.

Fakültənin dekanı Vəfa Babayeva daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışaraq bu hadisə haqqında geniş məlumat verib. O, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər ərazilərdə qırğınlar törədildiyini, çoxlu sayda insanların qətlə yetirildiyini və itkin düşdüyünü deyib. Həmin hadisənin 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən “Ümummilli matəm günü” kimi qeyd edildiyini söyləyən V. Babayeva Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə yenidən “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini bildirib. Dekan “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün timsalında millətin başına gətirilən digər qanlı hadisələrin bir daha təkrar olunmaması üçün gənc nəslin mübariz olmasını, vahid məqsəd ətrafında bir olmalarını tövsiyyə edib.






31 Mart, 2015  17:23 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner