Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Müdafiə Nazirliyi: düşmən ordusunda vəziyyət acınacaqlıdır

“Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistan Respublikasında baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir. Bu yaxınlarda “Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audio yazısının ictimailəşməsi bunun əyani sübutudur”.

Bu barədə Simsar.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: “Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistan Respublikasında, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçu Andranik Qriqoryanın səsləndirdiyi fikirlərdir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun cəbhə bölgəsində ciddi itkilər verdiyini bu il ərzində bir neçə dəfə açıqlayıb. Ermənistan rəsmi qurumları isə yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlayır, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları isə KİV-dən və erməni ictimaiyyətindən gizlədir.






31 Mart, 2015  17:04 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner