Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İşə düzəlmək ASANLAŞACAQ

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Simsar.az-a bildirib ki, “Məşğulluq haqqında” qanuna görə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar aid edilir.

E.Babayev deyib ki, hazırda əmək kvotası müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında kvota müəyyən edilir. Bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur. Əmək kvotası işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla), işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) kvota müəyyən edilir.

Nazirlik rəsmisinin sözlərinə görə, məşğulluq haqqında qanunvericilik işəgötürənlər tərəfindən yeni yaranan boş iş yerləri, həmçinin kvotalar barədə məlumatların məşğulluq orqanlarına təqdim olunmasını tələb edir. Bir sıra hallarda işəgötürənlərin bu məsələyə, sosial cəhətdən həssas qruplardan olan şəxslərin kvota üzrə məşğulluğunun təminatına münasibəti arzuolunan səviyyədə olmur. Başqa sözlə, bu sahədə bir çox hallarda qanunvericiliyin tələblərinə əməl olunmaması halları özünü göstərir. Bununla bağlı olaraq, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müəssisələrdə “Məşğulluq haqqında” qanunun 17-ci maddəsinin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılarkən zəruri məlumat və hesabatları məşğulluq orqanlarına təqdim etməyən işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr tətbiq olunur.

E.Babayev işəgötürənlərin bu məsələ ilə bağlı məsuliyyət hissinin artırılması məqsədilə ƏƏSMN-in son illərdə nəzarət tədbirlərini xeyli gücləndirdiyini də əlavə edıb.






31 Mart, 2015  16:45 Baxılıb: 562 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner