Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadəyə Fəxri fərman verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fəxri fərmana layiq görülüb.

QMİ-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində “Dərbənd – üç dinin şəhəri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsini QMİ sədrinin birinci müavini müfti Salman Musayev və İdarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər.

QMİ sədri A.Paşazadənin konfrans iştirakçılarına müraciət məktubunu oxuyan müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib.

Beynəlxalq konfrans çərçivəsində A.Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri fərmanına layiq görülüb. Qafqaz müsəlmanlarının dini lideri Fəxri fərmanla “mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə” təltif olunub.

Bundan başqa, Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A.Paşazadəyə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.






31 Mart, 2015  16:30 Baxılıb: 701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner