Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentin Ağcəbədi səfəri davam edir

İlham Əliyev Qarabağ Muğam Mərkəzində “Qarabağ şikəstəsi” və “Sarı gəlin”i dinləyib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanış olub.

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunub.

Ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir. Dövlət başçısı dahi bəstəkar Üzeyir Hacıbəylinin mərkəzin binası önündə ucaldılmış büstünün önünə gül dəstəsi qoyub, sonra büstün ətrafında dahi bəstəkarın məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərini təcəssüm etdirən epizodik lövhələrlə tanış olub. O, binanın foyesində Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xalqımızın milli-mədəni dəyərləri içərisində özünəməxsus yeri olan muğamımızın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşəyə baxıb. Burada Azərbaycanın tanınmış muğam ustadlarının, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən müxtəlif muğam müsabiqələrinin qaliblərinin şəkilləri də nümayiş olunur.
Prezident İlham Əliyev məktəbin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”ni dinləyib. Dövləti başçısı mərkəzdə yaradılmış şəraitdən razı qalıb.

Sonra Prezident İlham Əliyev şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olub. Dövlət başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasında “Sarı gəlin” mahnısını dinləyib.

Mayın 6-da Azərbaycan Prezidenti Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak edib.






6 May, 2011  20:52 Baxılıb: 1302 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner