Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir jurnalistin döyülməsinə görə məktub yazdı

Məktub mətbuat şurasına göndərildi

Mətbuat Şurasına Daxili İşlər Nazirliyindən məktub daxil olub. 

Şuradan Simsar.az-a verilən məlumata görə, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı şikayəti cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Prokurorluğuna göndərilib. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına daxil olan məktubda bildirilib. 

Nazir Ramil Usubovun imzaladığı məktubda eyni zamanda qeyd edilib ki, S.Həziyevin Abşeron Rayon Polis Şöbəsinə müraciəti ilə bağlı araşdırma aparılaraq toplanmış materiallar üzrə 30 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb. İşin istintaqı nəzarətə götürülüb, bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülür.






6 May, 2011  20:25 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner