Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah hava küləkli olacaq

Martın 31-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı ehtimalı var.

Gün ərzində havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Simsar.az-a açıqlamasında deyib ki, mülayim şimal küləyi əsəcək.

Havanın hərarəti gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 1-6 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metehəssas insanlar üçün əsasən əlverişlidir.






30 Mart, 2015  12:57 Baxılıb: 800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner