Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalist olmaq istəyən bakalavrlar üçün qeydiyyat prosesi yekunlaşıb

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi 2015-ci il martın 29-da saat 17.00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart 2015-ci il tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanı 2015-ci il aprelin 1-dən 3-dək Bakı şəhəri , Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcəkdir. Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında dərc edilmiş və TQDK-nın internet saytında yerləşdirilib.

Xatırladırıq ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015 ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün 2015-ci ilin mart ayının 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli idilər.

Məlumat üçün bildiririk ki, həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimliyi, həmçinin kompüter mühəndisliyi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da vardır.

Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

1. şəxsiyyətini təsdiq edən sənədi;

2. “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni.

Bunlarla yanaşı, bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.


Aysel Kərimova






30 Mart, 2015  12:25 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner