Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Emil Əzizin “Yuxularım” adlı fərdi sərgisi keçiriləcək

Aprelin 3-5 tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin "Yuxularım" adlı ikinci fərdi sərgisi keçiriləcək

Sərgidə E. Əzizin üç istiqamətdə 40-dan artıq yeni əsəri nümayiş olunacaq. Bununla yanaşı, rəssamın şəxsi kolleksiyalardaki bəzi işləri də sərgilənəcək. Bu dəfə rəssam qadın, zaman və dəb mövzusuyla yanaşı peyzaj, eləcə də Bakının əks olunduğu kompozisiyaları təqdim edəcək. Qalereyada "Çəhrayı piano", "Misirin sirrləri", "Yağışdan sonra", "Neft yataqları", "Taksim" kimi tablolar da sərgilənəcək.

"Yuxularım" vasitəsilə tamaşaçılarla bir növ dialoqa girməyi hədəfləyən rəssam, yaradılışın rənglərini və real gözəlliyi əksetdirən işlərində hər kəsin özünəməxsus anını və ya xatirəsini görəcəyinə inanır. Rənglərdən cəsarətlə istifadə edən Emil bu tərzdə işləyən rəssamlardan biridir.
Sərginin media dəstəyi "Büro 24/7 Azerbaijan" və "Nargis Magazine" jurnalına məxsusdur.
Qeyd edək ki, sərginin açılış mərasimi 03 aprel saat 19:00-da keçiriləcəkdir.Sərgiyə giriş sərbəstdir.

Məlumat üçün bildiririk ki, 1995-ci ildən İstanbula köçən rəssam Türkiyənin əksər sərgi salonlarında təşkil olunan bir çox sərgilərdə iştirak edib. 2011-ci ildə UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü seçilib. 2012-ci ildə Beşiktaş Dəniz Müzeyində "Artİstanbul", 2014-cü ildə isə Bakıda Gallery 1969-da (Səttar Bəhlulzadə adına Sərgi Salonu) "Səmanın rəngləri" fərdi sərgiləri keçirilib. 2014-cü ildə "Qız Qalası" Beşinci Beynəlxalq İncəsənət Festivalında, həmçinin Portuqaliyanın Lissabon şəhərində keçirilən "VERA Fine Art" Festivalında iştirak edib.


Simsar.az






30 Mart, 2015  10:05 Baxılıb: 1133 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner