Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elçin Behbudov Gəncədə eşitdiyini Ramil Usubova çatdıracaq

"Dedilər ki, polis bizi döyüb, polis isə təkzib etdi"

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında saxlanılan bir neçə təqsirləndirilən şəxs İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə müraciət edib. Bu barədə APA-ya komitə sədri Elçin Behbudov məlumat verib. Hüquq müdafiəçisi həmin şəxslərlə görüşərək müraciətləri araşdırdığını deyib: “Onlar bildirdilər ki, saxlanılan zaman təzyiqlə üzləşiblər. Şikayətləri polis əməkdaşlarından idi. Mən də bu müraciətləri araşdırmaq üçün Gəncə şəhər Polis İdarəsində oldum. Həmin müraciətləri araşdırdım. Polis əməkdaşları bu faktı təkzib etdilər. Lakin mən bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyəm. Şikayətlərin nazirlik tərəfindən araşdırılması yaxşı olar”. 

Hüquq müdafiəçisi son günlər polis şöbələrində apardığı monitorinqlər zamanı bəzi nöqsanların aşkar olunduğunu və bununla bağlı da daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini qeyd edib.






6 May, 2011  20:12 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner