Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Olimpiya çempionu həbs edildi

Qızıl medal qazanmış kubalı boksçu Yuriorkis Qamboa ABŞ-ın Mayami ştatında həbs edilib

2004-cü il Afina Yay Olimpiya Oyunlarında 51 kq çəki dərəcəsində qızıl medal qazanmış kubalı boksçu Yuriorkis Qamboa ABŞ-ın Mayami ştatında həbs edilib.

Simsar.az-ın məlumatına görə, 29 yaşlı idmançı həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə saxlanılıb. 

Bildirilir ki, o, Mayamidəki evində həyat yoldaşını zorla saxlamağa çalışıb. Qadın ərinin xəyanətindən şübhələnib və oğlunu götürərək, evdən çıxmaq istəyib. Məhz bu zaman Qamboanın zorakı münasibəti ilə üzləşib.

Qeyd edək ki, Yuriorkis Qamboanın Afina olimpiadasında qızıl medal qazandığı çəkidə Azərbaycan boksçusu Fuad Aslanov da mükafatçılar sırasına düşüb. Lakin Aslanov Qamboa ilə üz-üzə gəlməyib. İdmançımız yarımfinalda fransalı Jerom Tomaya uduzaraq, bürünc medalla kifayətlənib. Kubalı boksçu 2007-ci ildən peşəkar rinqə çıxır. O, 12 döyüşün hamısında qələbə qazanıb.






6 May, 2011  19:48 Baxılıb: 1157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner