Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dəmir yolu sərnişindaşımalarında qiymətlər ucuzlaşdı

Sabahdan başlayaraq Azərbaycanda dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər 35 faiz aşağı salınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Simsar.az-a verdiyi məlumata görə, 11 mart 2015-ci ildən dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər təxminən 35% artıb.

O bildirib ki, beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib. “Azərbaycan Dəmir Yollar” QSC bununla əlaqədar olaraq “Rusiya Dəmir Yolları” ASC-yə və "Gürcüstan Dəmir Yolları"na beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib. Aparılan danışıqların nəticəsi olaraq “Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədilə 30 mart 2015-ci il tarixdən etibarən "Azərbaycan Dəmir Yolları"na məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınıb.

Eyni zamanda 15 mart 2015-ci il tarixdən etibarən Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədilə "Azərbaycan Dəmir Yolları"na məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan dəmir yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. "Gürcüstan Dəmir Yolları" ilə “Azərbaycan Dəmir Yolları” arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri 5 aprel 2015-ci il tarixdən etibarən aşağı salınacaq.






29 Mart, 2015  13:46 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner