Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ AZƏRBAYCANDAKI VƏZİYYƏTDƏN MƏMNUNDUR

Metyu Brayza: “Amerika hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq niyyəti yoxdur”

“Ümumiyyətlə, dövlətlərarası münasibətlər üçün müəyyən yüksəliş və eniş dövrlərinin olması təbiidir. Hazırda Azərbaycan-Amerika münasibətləri müsbət istiqamətdə inkişaf edir. Etiraf etməliyəm ki, bir müddət öncə bizim münasibətlərimizdə müəyyən çətinliklər olub. Lakin indi, xüsusən son bir neçə həftə ərzindəki təmaslarımız bu çətinlikləri aradan qaldırmağa şərait yaradıb. Burada əsas məqam odur ki, ölkələrimiz ortaq məxrəcə gəlmək üçün əzm və iradə göstərirlər. Hazırda Azərbaycan və Amerika hökumətləri arasındakı münasibətlər addım-addım irəli gedir”. 

Simsar.az-ın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza APA-ya müsahibəsində deyib.

Səfir Azərbaycan-Amerika birgə hərbi təlimlərin təxirə salınmasına da münasibət bildirib. Səfir deyib ki, Azərbaycanın Müdafiə Nazirliyi təlimin digər bir tarixə keçirilməsini istəyib: “Bunun səbəbi mənə bəlli deyil. Amma biz bu istəyə anlayışla yanaşdıq. Bu cür müştərək tədbirlərin keçirilməsi qarşılıqlı planlaşma və əlaqələndirməni şərtləndirir. Gözləyək, görək bundan sonra nə baş verəcək. Ümumilikdə isə Amerika ilə Azərbaycan arasındakı hərbi əlaqələr kifayət qədər yaxşı səviyyədədir. Əvvəl də dediyim kimi biz indi yeni istiqamət götürmüşük. Hazırda Azərbaycanın dənizdəki enerji infrastrukturunu hər növ təhlükələrdən necə qorumaq məsələsini götür-qoy edirik. Bu, yeni bir istiqamətdir. Biz illər öncə hərbi əməkdaşlığa başlayanda bu cür planlarımız yox idi. Amma indi bütün bunların üzərində işləyirik”.


M.Brayza Milli Demokratiya İnstitutunun Bakıda yenidən fəaliyyət göstərəcəyini də bildirib. Səfir vurğulayıb ki, hazırda bu qurum yenidən qeydiyyatdan keçməyə hazırlaşır. Xarici qeyri-hökumət təşkilatları üçün yeni və fərqli qanunverici baza olduğundan institut təmsilçiləri lazımı sənədləşmə işlərini aparırlar. 

Bir müddət əvvəl bir qrup qərb diplomatının üç müxalifət partiyasının rəhbəri ilə görüşünün siyasi dairələrdə birmənalı qarşılanmadığı barədə suala cavab verən ABŞ-ın Azərbaycandakı səfiri ona qarşı səsləndirilən ittihamlardan da danışıb: “Mən həmin görüşdə iştirak etməmişdim. Birmənalı şəkildə demək istəyirəm ki, mənim və təmsil etdiyim Amerika hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq niyyəti yoxdur. Biz Azərbaycan hökumətinə və cəmiyyətinə tərəfdaş kimi yanaşırıq. Bizim ümumi maraq və hədəflərimiz var, bura demokratik inkişaf və bazar iqtisadiyyatındakı islahatlar da daxildir. Biz bu islahatları tam dəstəkləyirik. O cümlədən həyata keçirilən antikorrupsiya kampaniyasını da tam dəstəkləyirik. Bu baxımından hesab etmirəm ki, bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Biz Azərbaycan hökumətinin liberal islahatlarını dəstəkləyirik. Biz çox məmnunuq ki, ölkədə islahat addımları atılır. Sadə insanlardan tutmuş sahibkarlara kimi müxtəlif təbəqədən olan insanlarının bu kampaniya barəsində müsbət fikirlərinə şahid oluruq. İnsanlar əsassız yerə ödənişlər etmədiklərindən məmnundurlar. Polis, gömrük və digər dövlət idarələrinin şəffaf işlədiyini eşidirik. Ümid edirik ki, bu, başlanğıcdır. Prezidentin də dediyi kimi, bu bir kampaniya deyil, ardıcıl siyasətdir. Biz bunu çox bəyənirik”.


Anar İsaoğlu






6 May, 2011  19:30 Baxılıb: 1259 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner