Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəbhə xəttində Novruz şənliyi

Cəbhə xəttində hərbi vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirən əsgər və zabitlərimiz Novruz bayramını şən əhval ruhiyyətə keçirirlər.

Simsar.az-ın məlumatına görə, bayram günü Füzuli rayon rəhbərliyi onlara baş çəkmiş, hərbçilərimizi əziz gün münasibətilə təbrik edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramını səngərdə düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə keçirib.
Rayon rəhbəri hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən A.Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. O bildirib ki, bu gün Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizama malik, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşıb. Bu ordu hər bir azərbaycanlının ən böyük arzusunu yerinə yetirəcək və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq, bayrağımız Dağlıq Qarabağda dalğalanacaq.






21 Mart, 2015  13:25 Baxılıb: 825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner