Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“yANAR SAAT”ın “Doydum Şou”sunda xına MƏRASİMİ

Musiqili Teatrın aktrisaları Rəsmiyyə Nur və Gülçöhrə Abdullayeva milli geyimdə studiyaya təşrif buyurdular. Xınayaxdı mərasimlərindən danışan aktrisalar mərasimin tarixçəsindən, adət-ənənəsindən söz açdılar. Xınanın tarixçəsindən danışan aktrisaslar qədimdə xınanın müxtəlif səbəblərə görə yaxıldığını deyirlər. Tər qoxusunu yox etmək, təmizlik üçün də hələ o dövrdə kişilər xına vurardılar. Nəhayət ki, mərasim başladı, Bahar qızın başı üstünə quran qoyuldu, bərəkət kəsildi, xına yaxıldı, əli bəzədildi. “Ha kışda” deyib deyişdilər, gah bir-birlərinə tərif oxudular, gah da sözləri çəp gəldi. Bu vaxtadək kişi çörəyi yeməyən Gülçöhrə Abdullayeva dolanışığından da danışdı: “Qadın çörəyi ilə dolanıram, xına yaxıb pul qazanıram. Olur ki, mağazada görürəm ki kişi qadın üçün pul xərcləyir, mənə qəribə gəlir. İkinci canlını sevmirəm. Hətta evdəki pişiyimi də qovdum. Elçi gələnlər olur, amma bəyəndiyim olmur. Teatra mənim üçün elçiliyə də gəlmişdilər. Bu adam o vaxtdan sevib məni gözləyib, çox “göyçək” idi. Kişi meymundan göyçək olar. Amma mən buna başa sala bilmədim ki, yaraşmırıq. Hətta ev sənədlərini də gətirmişdi ki, sənin adına keçirəcəyəm. Anasından qalan qızılları da gətirmişdi. Gülçöhrə Abdullayeva ağrılı-acılı günlərdən də danışdı: “Ağrılı-acılı günlərimiz olub, amma hər şeyi ürəyimizə salmışıq. Bacımın adı Ceyrandır, dünyasını dəyişib. Amma toylarda məcburəm ki, Ceyran adlı ifalara oynayım. Üzümüz gülsə də içimiz ağlayır”.






19 Mart, 2015  14:13 Baxılıb: 2082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner