Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Naxçıvan Konstitusiyasına dəyişiklik edildi

Dəyişikliklər bu gün parlamentin iclasında müzakirəyə çıxarılıb

Simsar.az -ın məlumatına gorə, dəyişikliklərə əsasən, Naxçıvan Ali Məhkəməsinin hakimlərini Muxtar Respublikanın Ali Məclisi sədrinin təklifi və prezidentin təqdimatı ilə Milli Məclis təyin edəcək. 

Naxçıvanın ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimləri isə Muxtar Respublika Alim Məclisi sədrinin təklifi ilə Azərbaycan prezidenti tərəfindən təyin olunacaq.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, Naxçıvan Muxtar Respublika olduğu üçün ayrıca bir rəhbəri, İcra Aparatı olmalı, qərarlar da onun tərəfindən qəbul edilməlidir: “Ali Məclis isə ayrıca bir qanunverici qurum kimi fəaliyyət göstərməlidir”.

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, MR Konstitusiyası hazırlanarkən 1921-ci il Qars müqaviləsi nəzərə alınıb, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə heç bir ziddiyyət təşkil etmir: “Bütün səlahiyyətlərin Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə verilməsi o deməkdir ki, artıq Naxçıvan müstəqil dövlətdir. Biz bil-bilə özümüz üçün belə bir problem yarada bilmərik”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.






6 May, 2011  17:25 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner