Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İmişlidə körpü və Olimpiya İdman kompleksi açıldı

Prezident hər iki tədbirdə iştirak etdi

Dövlət başçısı idmançılarla söhbət edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak edib.

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı körpünün texniki göstəricilərini və Araz çayının yeni qolunun inşasını əks etdirən sxemə baxıb. 

Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, körpünün tikintisinə ötən ilin oktyabrında başlanıb. Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində inşa edilən körpünün uzunluğu 230 metr, eni isə 12,5 metrdir. Körpünün istifadəyə verilməsi Bəhrəmtəpə-Biləsuvar istiqamətində avtomobillərin hərəkətini asanlaşdıracaq.

Prezident İlham Əliyevə Araz çayının yeni qolunun üzərində aparılan işlər barədə ətraflı məlumat verilib. Sonra dövlətimizin başçısı körpünün açılışını bildirən lenti kəsib.

Dövlət başçısı həmin gün İmişli Olimpiya İdman kompleksinin açılışında da iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir.

Tikinti işləri mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb.

Dövlət başçısı birinci mərtəbədə Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlərə baxıb. O, birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallarla da tanış olub. Prezident İlham Əliyev burada idmançıların məşq prosesini izləyib və idmançılarla söhbət edib. Dövlət başçısı üzgüçülük hovuzuna da baxıb. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılıb.

Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış olub. 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub. Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan dövlət başçısına məlumat verilib ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür. Burada yarışları izləyəcək tamaşaçılar üçün 845 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə nitq söyləyib. Sonra sərbəst güləş üzrə 2010-cu il Dünya kubokunun qalibi, 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı, Pekin olimpiadasının iştirakçısı Emin Əzizov İmişli rayonunun sakinləri adından çıxış edib. Prezident İlham Əliyev görülmüş işlərdən razı qaldığını bildirib.






6 May, 2011  16:58 Baxılıb: 1907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner