Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycandan Özbəkistana kimi dəmir yolu xətti salınacaq - FOTO

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında üçtərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan  tranzit yüklərin həcminin artırılması, Traseka, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri  müzakirə olunub. Azərbaycan və Gürcüstan dəmir yollarının rəhbərləri yeni elektrikləşdirilmiş “Anqren-Pap” dəmir yolunun tikintisini dəstəklədiklərinin bildiriblər. Qeyd olunub ki, bu dəhliz yeni Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yüklərin Qara dəniz limanlarına çıxarılmasını təmin edəcək.  Tədbirdə, həmçinin daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin  nümayəndəliklərinin açılması məsələsinə baxılması üzrə razılıq əldə edilib.

Üçtərəfli görüşün sonunda müvafiq protokol imzalanıb.






18 Mart, 2015  12:14 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner