Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Prezident  mayın 5-də İmişli Olimpiya İdman kompleksinin açılışında iştirak edib

Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirdi ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılmış və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.

Bildirildi ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilmişdir. Olimpiya İdman Kompleksinin ərazisində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunmuş, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb.

Bildirildi ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir.

Dövlətimizin başçısı birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlərə baxdı.

Prezident İlham Əliyev birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallarla tanış oldu. Bildirildi ki, zallar bütün lazımı idman avadanlıqları ilə təchiz olunmuşdur. Prezident İlham Əliyev burada idmançıların məşq prosesini izlədi və idmançılarla söhbət etdi.

Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılıb.
Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılmışdır. Əsas binada idmançıların soyunub-geyinməsi, məşq zalları və digər xidməti otaqlar vardır. Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcəkdir. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir.

Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış oldu. Bildirildi ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür.

Qeyd edildi ki, kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilib.

Universal idman zalı ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 845 oturacaq quraşdırılmışdır. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
İmişlililər Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra sərbəst güləş üzrə 2010-cu il Dünya kubokunun qalibi, 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı, Pekin olimpiadasının iştirakçısı Emin Əzizov İmişli rayonunun sakinləri adından çıxış etdi.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.






6 May, 2011  01:27 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner