Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident İmişli rayonuna səfər edib

Bu gün Saatlı rayonuna səfərini başa çatdıran Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmişli rayonuna gəlib

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Dövlət başçısı görülmüş işlərdən razı qaldığını bildirib. 

Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Yolun istifadəyə verilməsi həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini də iki dəfə azaldıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.






6 May, 2011  00:19 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner