Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Sabirabadda orta məktəbin binası ilə tanış oldu

İlham Əliyev: " “Qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir"

Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri davam edir. 

Kənd ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıb. Prezident sakinlərlə xatirə şəkli çəkdirib. Bundan sonra Dövlət başçısı Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olub. 

Prezident bildirib ki, Sabirabad rayonunun Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait, Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiq edir: "Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir".


Ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəyib, demək olar ki, bütün infrastruktur dağılıb. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşüb. Bu barədə prezidentə rəsmi məlumat verilib və bildirilib ki, onun tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilib: "Əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olub. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılmış, sinif otaqları zəruri avadanlıqla təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılıb. Fənn laboratoriyalarında da yüksək şərait yaradılıb. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınıb. Məktəb istilik sistemi ilə təchiz olunub, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılır. 

Prezidentə o da deyilib ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı-Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir. 

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.






5 May, 2011  19:59 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner