Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Eldar və Nigar mayın 10-da yarımfinala qatılacaqlar

Azərbaycanımızı layiqincə təmsil etmək ucun günümüzün hər saniyəsini hazırlığa həsr edirik

“Azərbaycana hər zaman birincilik yaraşır və biz də ölkəmizə layiq olmaq ucun var-qüvvəmizlə çalışırıq. Sizin vasitənizlə xalqımıza Düsseldorfdan atəşin salamlar göndəririk və xalqımıza bildiririk ki, sizin dəstəyinizi tam olaraq hiss edirik”.

Bu sözləri APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamalarında Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal bildiriblər. Təmsilçilərimiz mayın 10-da I yarımfinalda çox gözəl geyimdə səhnəyə çıxacaqlarını qeyd ediblər: “Sirr olsa da, sizə deyirik - geyimimizdə əsas bəyaz rəng var və bu geyim mahnımızla tam uyğunluq təşkil edir. Mayın 10-da Azərbaycanımızı layiqincə təmsil etmək ucun günümüzün hər saniyəsini hazırlığa həsr edirik. Hazırlıq bu yarışmada böyük önəm daşıyır. Çox sevinirik, ona görə ki, bütün təmsilçilər bizi bəyənir, çoxsaylı təriflər alırıq. Sözsüz, bu təriflər bizi arxayınlaşdırmır, əksinə üzərimizdə daha böyük məsuliyyət hiss edirik”.
Eldar və Nigar cütlüyü Düsseldorfda adaptasiya prosesi keçdiklərini deyiblər: “Müsabiqə haqqında çox məlumatlıyıq. Elə bura gələn gündən artıq “Eurovision”nun xəyallarımızda yaşatdığımız kimi olduğunu gördük. Biz heç nədə yanılmamışıq, burada olmaq bizi çox sevindirir. İlk məşqimiz uğurlu oldu, ancaq tam səmimi deyək ki, hələ adaptasiya prosesi keçirik”.

“Bizi hər bir təmsilçi özünə rəqib bilir” sözlərini də əlavə edən təmsilçilərimiz, bu il gərgin mübarizənin olacağını deyiblər: “Çox güclü mahnılar var. Ancaq rəqib adı çəkə bilmərik, biz isə həqiqətən də güclü rəqibik. Özümüzə inanırıq, çünki var-gücümüzlə çalışırıq”.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin ikinci məşqi və mətbuat konfransı mayın 6-da baş tutacaq. Eldar və Nigar Düssledorf səhnəsində mayın 10-da I yarımfinalda artıq hitə çevrilmiş “Running Scared”i ifa edəcəklər.






5 May, 2011  19:44 Baxılıb: 1387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner