Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mehriban Əliyeva Luvr muzeyinin direktoru ilə görüşüb

"Biz əməkdaşlığımızı daha da genişləndirə bilərik"

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 4-də Müasir İncəsənət Muzeyində Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret ilə görüşüb.

AzərTac-ın məlumatına görə Fransanın dünyaca məşhur muzeyinin direktorunu Bakıda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Luvr Muzeyi arasındakı sıx əlaqələrdən danışıb. Mehriban Əliyeva bildirib ki, Luvr Muzeyində bir neçə dəfə Azərbaycanla bağlı tədbirlər keçirilib. O, qeyd edib ki, Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib: "Biz əməkdaşlığımızı daha da genişləndirə bilərik".  Azərbaycanın birinci xanımı qonağı ölkəmizin qədim və zəngin mədəniyyəti barədə məlumatlandırıb.

Görüşdə muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi məsələləri müzakirə edilib.






5 May, 2011  16:18 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner