Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğanı öldürmək istədilər

Baş nazirin korteji atəşə tutuldu, ölən və yaralananlar var

Simsar.az DHA-ya istinadən bildirir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın heyətinin maşın karvanına Kastamonu vilayətindəki Çankırı şossesinin 25-ci kilometrində hücum zamanı 1 polis zabiti şəhid olub, 2 polis yaralanıb.

Ərdoğanın mitinqi üçün Kastamonuya gedən polis karvanı Ankaraya dönərkən atəşə tutulan kimi Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib və hadisə yerinə çoxsaylı təcili yardım maşınları göndərilib.

R.T.Ərdoğan Kastamonudakı mitinq başa çatandan sonra Amasyaya helikopterlə yollanıb.
Bundan sonra Ankaradan gəlmiş Ədaləti və İnkişaf Partiyasının (AKP) görəvliləri ilə baş nazirin mühafizəçiləri avtomobil yolu ilə Ankaraya qayıdıblar. Maşın karvanı bu gün Türkiyə vaxtı ilə 17.15-0də İlqaz dağı ətəklərindən keçən yolda olarkən terrorçular əl qumbaraları və avtomatlardan istifadə edərək karvana hücum ediblər.

Bombalardan birinin partlayışı nəticəsində polis maşını yanıb, polis zabitləri və baş nazirin mühafizəçiləri isə terrorçularla atışmağa başlayıblar.

Başçılıq etdiyi AKP-nin Amasyadakı mitinqində xalqa xitab edən baş nazir və AKP lideri Rəcəb Tayyib Ərdoğan baş verənlərə görə üzüntü keçirdiyi bildirib, həlak olan polisin ailəsinə başsağlığı verib.

"Bu namərd əllər, demokratiya mübarizəsinə inanmayan qara şüurlar - bunlara nə desəniz, deyin - bu terrorçular seçkilərdə məsələlərini həll edə bilməyəcəklərini anladıqları üçün belə qanlı terrorla bir nəticə hasil edə biləcəklərini düşünürlər. Amma hamı bilməlidir ki, biz bu yola - mərhum Menderesin ifadə etdiyi kimi - kəfənimizi geyərək çıxdıq. Allahın bizə verdiyi müddətdəki ömrü kimsə nə uzada, nə də qısalda bilməz. 780 min kvadrat kilometrlik vətəni bölməyə, 74 milyonluq xalqın arasındf çaxnaşma və düşmənçilik salmağa kimsəyə imkan verməyəcəyik", - Türkiyənin baş naziri bildirib.






5 May, 2011  03:03 Baxılıb: 1295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner