Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Abid Şərifov vəzifəli şəxslərə xəbərdarlıq etdi

«Bundan sonra avtomobil yollarında heç kəsə güzəşt olunmayacaq»

Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində avtomobillərlə yükdaşımaların tənzimlənməsinə həsr olunmuş toplantı keçirilib.

«APA-ECONOMICS»in xəbərinə görə, tədbirdə baş nazirin müavini Abid Şərifov, daxili işlər nazirinin müavini Oruc Zalov, nəqliyyat naziri Ziya Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

Toplantıda çıxış edən baş nazirin müavini A.Şərifov normadan artıq yük daşıyan avtomobillərin sahiblərinə və yük sahiblərinə qəti xəbərdarlıq edib: «Həddən artıq yüklənmə yolların tez sıradan çıxmasına səbəb olur. Xüsusən qum, daş, çınqıl daşıyanlar avtomobillərə normadan artıq yük vurmamalıdır. Bundan sonra heç kəsə güzəşt olunmayacaq. Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar».

Nəqliyyat naziri Z.Məmmədov bildirib ki, nazirlik iri yük maşınlarının yalnız gecələr yola çıxması üçün gecə karvanlarının formalaşdırılmasına başlayıb. Nazir daş karxanalarının sahiblərinə müraciət edərək, onları qaydalara əməl etməyə çağırıb. O, yolların qorunması işinə ictimai və mətbu dəstəyin olmamasından şikayətlənib: «Biz bu məsələyə nəzarəti gücləndirən kimi qəzetlər yazır ki, Ziya Məmmədovun qoçuları camaatı incidir. Halbuki mətbuat da bu işdə bizə dəstək verməlidir».

«Azəryolservis» ASC-nin sədri C.Qurbanov yolların qorunması üçün qanunların sərtləşdirilməsini təklif edib: «Azərbaycan isti ölkə olduğundan, bu da yolların tez sıradan çıxmasına səbəb olur. Normalara əməl olunmasa, yollar yenidən əvvəlki qaydasına qayıdacaq. Hər şeyi yolların keyfiyyətsiz tikilməsi ilə əlaqələndirmək lazım deyil. Çünki bütün yol tikintiləri xarici mütəxəssislərin nəzarəti altında aparılır. Gürcüstanda normadan artıq yük aparan maşın hər 1 kq-a görə 1 lari cərimə olunur. Almaniyada isə cərimə bir neçə min dollar olur».

Daha sonra tədbir iştirakçıları yollarda keçirilən reydlər zamanı çəkilən videolentə baxıb. Məsələ ilə bağlı fikirlərini açıqlayan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi R.Zeynalov yolları qorumaq üçün cərimələrin artırılmasının tərəfdarı olduğunu vurğulayıb: «Gəlin açıq danışaq - baxdığımız videolentdəki maşınların bir hissəsi elə bu zalda oturanlara məxsusdur. Amma heç kimə güzəşt olunmayacaq».






4 May, 2011  20:35 Baxılıb: 2028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner