Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Silahlı Qüvvələrimiz heç bir itki verməyib - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı açıqlamaya münasibət bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.

Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdlərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq, qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur: "Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək, ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik".

Qeyd edk ki, Ermənistan KİV-i Azərbaycan Silahlı Qüvvələrinin guya 7 hərbçi itirməsi barədə dezinformasiya yayıb.






6 Mart, 2015  14:45 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner