Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Penitensiar müəssisələrdə ölüm 15 dəfə azalıb

Azərbaycanda tibbi xidmətin yaxşılaşdırılması nəticəsində penitensiar müəssisələrdə son illərdə xəstəlikdən ölüm 15 dəfə, vətəmdən ölüm isə 58 dəfə azalıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, hesabat dövründə cəzaçəkmə müəssisələrinin tibbi-sanitar hissələrində daha 5 “sağlamlıq otağı” yaradılıb, bununla da cəzaçəkmə müəssisələrinin əksəriyyətində bu cür otaqların fəaliyyət göstərməsi təmin edilib. Vərəm xəstəliyindən əziyyət çəkən 96 məhkum müalicə proqramına cəlb edilib.

Xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və s. məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı isə 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb. Cəzalarının qalan hissəsinin öz ölkələrində çəkməsi üçün 114 məhkumun və təqsirləndirilən şəxsin təhvil verilməsi və alınması həyata keçirilib.






6 Mart, 2015  11:30 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner