Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ərəbistanlı nazir Qəbələdə oldu

O, Qafqaz regionunda analoqu olmayan  zavodu gəzib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansourinin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Qəbələ rayonuna səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə Sultan bin Səid Əl Mansouri və onu müşayiət edən qonaqlar Qəbələ Konserv Zavoduna baş çəkib, istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

BƏƏ nazirinə məlumat verilib ki, Qafqaz regionunda analoqu olmayan bu zavodda istehsal olunan təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, yarımfabrikat olan konsentrat və pürelər Azərbaycan bazarı ilə yanaşı, 30-dan artıq xarici ölkəyə ixrac edilir. Sultan bin Səid Əl Mansouri zavodun ayrı-ayrı istehsal sexlərində, məhsul saxlama anbarında, laboratoriyasında olub, sərgi salonuna baxış keçirib. Sonra qonaqlar meyvə-tərəvəz məhsullarının saxlanılması üçün rayonda inşa edilən 5 min tonluq soyuducu anbar kompleksinin fəaliyyəti ilə, eləcə də “Gilan” piano fabrikində istehsal prosesi və hazır məhsullarla tanış olub. Nümayəndə heyətinə məlumat verilib ki, regionda analoqu olmayan bu fabrikdə ildə 1200 ədəd piano istehsal etmək mümkündür. Sonra nümayəndə heyətinə bölgənin turizm potensialı, bu sahədə yaradılan infrastruktur barədə məlumat verilib.






4 May, 2011  19:17 Baxılıb: 1247 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner