Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digər qonaqlar iştirak ediblər.
Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı,Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilən IV Respublika Muğam müsabiqəsi “Xanəndə” və “İnstrumental muğam ifaçılığı” nominasiyaları üzrə 2 turda təşkil olunub.
Müsabiqəyə qatılmış 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə I, II və III yerlərin hər birinə 2 iştirakçı layiq görülüb. 4 iştirakçı isə fəal iştiraka görə seçilib.
“Xanəndə” nominasiyası üzrə isə I, II və III yerlərin hər birinə 1 iştirakçı layiq görülüb, fəal iştiraka görə 2 iştirakçı fərqləndirilib.
Mərasimin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir.
YUNESKO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir.
Çıxışdan sonra Mikayıl Cabbarov müsabiqədə I, II və III yerləri tutmuş ifaçılara mükafatları təqdim edib. Müsabiqənin fəal iştirakçılarına mükafatlarını təqdim edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxışında muğam müsabiqəsinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.

Mərasim müsabiqə qaliblərinin iştirakı ilə keçirilən yekun konsertlə davam etdirilib.

Aysel






6 Mart, 2015  10:18 Baxılıb: 763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner