Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Lənkəranda yol qəzası- Yaralı var

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 5-də saat 17.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Həsənovun idarə etdiyi “OKA” markalı, 54 BJ 476 dövlət nömrə nişanlı minik avtomobili onun həmyerlisi Aydın Babayevin idarə etdiyi “Nissan Sunny” markalı, 90 MV 114 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin “OKA”-nın sürücüsü Samir Həsənov bədən xəsarəti ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.






5 Mart, 2015  23:01 Baxılıb: 763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner