Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Akademik Vaqif Abbasov “Yaşıl kimyaçılar”la görüşüb - FOTO

Azərbaycanın görkəmli elm xadimi, kimya elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov Qafqaz Universitetinin qonağı olub. Universitetin rektoru professor Ahmet Saniç universitetdə aparılan yeniliklər haqda məlumat verib. Universitetin akt zalında professor-müəllim heyyəti və “Yaşıl Kimyaçılar” tələbə dərnənininüzvləri ilədə görüş keçirilib. Görüşdə professor Vaqif Abbasovun həyat yolu haqda iştirakçılara məlumat verilib. Bildirilib ki; O, gərgin zəhməti, məqsədyönlü fəaliyyəti nəticəsində nəinki Azərbaycanın, dünyanın bir çox ölkələrinin elm aləmində yaxşı tanınıb.Daim oxumaq, inkişaf etmək, araşdırmaları ilə kimya elmini daha da zənginləşdirmək istəyi onun 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etməyilə nəticələndi.Akademik Vaqif Abbasov ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf etmiş və bu əsasda mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaratmışdır. Yenilikçi alim Nefti sudan təmizləmək və duzsuzlaşdırmaq üçün "Xəzər" deemulqatoru kəşf etmiş, Azərbaycanın neft emalı komplekslərində tətbiqini həyata keçirmişdir. Dəri sənayesi üçün dünyada analoqu olmayan yeni aşı maddəsi - Bepikoru kəşf etmiş və bir çox ölkədə, o cümlədən Türkiyədə uğurlu sənaye sınaqlarını keçirmişdir. Bu maddənin istifadəsi dəri sənayesində işlənən 8 maddənin istifadəsinə ehtiyacı aradan qaldırmışdır. Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla araşdıran kimyaçı alim müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini də tədqiq etmişdir. Müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilmişdir. Müəllim ailəsində dünyaya gələn Vaqif müəllim 2005-ci il noyabr ayının 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülmüş, eyni zamanda Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Onunnəşr olunmuş 390-a yaxın elmi əsəri, o cümlədən 7 monoqrafiya, 15 dərslik, 11 dərs vəsaiti mövcuddur. Bu elmi əsərlərdən 76-sı müxtəlif xarici ölkələrdə nəşr olunmuşdur. “Kimya Mədəniyyəti ” mövzusunda mühazirə oxuyan akademik Vaqif Abbasov: “Mən təşəkkür edirəm ki, məni bu görüşə dəvət etmisiniz, sizin tələbələrlə görüşmək xoş təsir bağışlayır. İnsan təhsilsiz ola bilər amma insan üçün ən vacib olan tərbiyədir mədəniyyətdir. Hər sahənin mədəniyyəti olduğu kimi insanların kimyadan da istifadə mədəniyyəti olmalıdır. Bu gün geyimimizdən qidamizadək həyatımızın geniş sahəsi kimya ilə bağlıdır. İnsan bədənində olan duz, su ehtiyyatının saxlanmasını və çürümə bakteriyalarının aktivləşməsinin qarşısını alır. Əgər insan orqanizmi duz qəbul etməzsə bir neçə gündə ölə bilər. Hətta Hollandiyada bir vaxtlar cəza vasitəsi kimi məhbusları ancaq duzsuz çörək və su ilə qidalandırırmışlar. “ Akademik tələbələrə tövsiyyələr də verib: “mən müşahidə etdim ki, siz tələbələr üçün təhsil aldığınız universitetdə hər cür şərait yaradılıb. Bu şəraitdən maksimum istifadə edin. Mənim tələbəlik dəftərlərim də arxivimdədir. Yazdığım çox saylı kitablarda bu əlyazmalarımın rolu böyükdür. Sizdə yazdıqlarınız atmayın. İnsan 40 yaşınadək hədəfinə nail ola bilər. Sizdə çalışın vaxtdan səmərəli istifadə edin, sabah bu gündən ibarət olmayacaq, bu gün edəcəklərimizi bu gün etməliyik” Tədbirin sonunda akademik Vaqif Abbasova Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç xatirə plaketi, “Yaşıl Kimyaçılar ” tələbə dərnəyinin üzvü isə öz əl işi olan tablo hədiyyə ediblər.






5 Mart, 2015  14:45 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner