Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran: “ABŞ Hörmüz boğazının bağlanmasına səbəb olacaq”

“ABŞ daima Fars körfəzində gərginlik yaradır və hazırda da bu belədir”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanı, general Əli Fədəvi çıxış edib. O, ABŞ-ı regionun məsələlərinə müdaxilə etməməyə çağırıb:

“Hörmüz boğazının bizim və regionun bütün müsəlman ölkələri üçün açıq qalmasına zəmanət verə biləcək qədər gücə malikik. Fars Körfəzinin açıq qalması bütün dünyanın enerji təhlükəsizliyini təmin edir. ABŞ daima Fars Körfəzində gərginlik yaradır və hazırda da bu belədir. Əlbəttə, yalnız Fars Körfəzində deyil, Əfqanıstan, Fələstin, Suriya və dünyanın hər bir nöqtəsində böhran və gərginlik varsa, deməli, ABŞ-ın orada əli var. Amerikalılar Hörmüz boğazının bağlanmasına səbəb olacaqlar. Bu, ABŞ-ın regiona müdaxilə etməsinə görə baş verəcək. Onlar region məsələlərinə müdaxilə etməməlidirlər. Əgər bu baş verərsə, Hörmüz boğazında gərginlik yaranacaq. Şübhəsiz, bizim və region ölkələrinin maraqlarını nəzərə alaraq Hörmüz boğazının bizim və region ölkələri üçün açıq qalmasını istəyirik”.






4 Mart, 2015  22:56 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner