Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənistan ordusu müharibəyə hazırlaşır?

Düşmən snayperlərini cəbhə xəttinə toplayır

Ermənistan Silahlı Qüvvələri son günlər peşəkar snayperlərini cəbhə xəttinin ön nöqtələrinə yerləşdirməyə başlayıb.

Düşmən hərbiçiləri Azərbaycan Ordusunun canlı qüvvəsi ilə yanaşı, təmas xəttinin yaxınlığında mal-qara otaran, təsərrüfatla məşğul olan yerli sakinləri, hətta ev heyvanlarını da hədəfə alıb məhv etmək haqda əmr alıb.

Hərbi mənbələrdən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, işğalçı Ermənistan Ordusuna ən peşəkar snayperləri cəbhə xəttinə yerləşdirmək və mümkün qədər qarşı tərəfdə itkilərə səbəb olmaq tapşırığı verilib. Eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin məsul vəzifəli şəxsinin məhz bu tapşırığın icrasına nəzarət etmək üçün Qarabağa gəldiyi bildirilir.

APA-nın Qarabağ bürosuna verilən məlumatda o da deyilir ki, Azərbaycan tərəfi də, öz növbəsində, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin icra nümayəndələrinə yerli sakinlər arasında düşmən snayperlərindən qorunmaq üçün maarifləndirmə işləri aparmaq haqda təlimat verib.

Düşmənin snayper həmlələrinin adekvat şəkildə cavablandırılmasına gəlincə, bildirilib ki, düşmənin istənilən əməlinə layiqli cavab vermək üçün Azərbaycan Silahlı Qüvvələrinə xüsusi verilmiş əmr və tapşırığa ehtiyac yoxdur. “Milli Ordumuz öz xidməti vəzifəsinin öhdəsindən həmişə ləyaqətlə gəlir”, - deyə mənbə vurğulayıb.






4 May, 2011  14:38 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner