Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əmlak və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər – Qubad İbadoğlu

Əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər.

Simsar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, manatın devalvasiyasından sonra yaranmış yeni iqtisadi şəraitdə banklara və milli valyutaya olan inamın azalması səbəbindən, eləcə də alternativ imkanların az olması ucbatından bazarlarda pul vəsaitlərinin hərəkəti və yerləşdirilməsi sahəsində əsasən 2 istiqamətdə qərarlaşmış tendensiyalar müşahidə olunur: “Birincisi, nağd ödənişlərin artması, milli valyuta ilə əməliyyatların dövriyyəsinin azalması və iri ödənişlərin dollarla həyata keçirilməsinin getdikcə kütləvi hal almasıdır. İkincisi isə sərbəst yığımlarını depozit bazarında və səhm bazarında reallaşdırmaq riskini yüksək hesab edən orta və varlı təbəqəninin xüsusu vəsaitlərini əmlak, mülk, torpaq və avtomobildə maddiləşdirməsidir. Bu isə həmin bazarlarda tələbatın artmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər”.

Ekspert bildirib ki, milli iqtisadiyyatda ümumi qiymət artımı bu sahədə bahalaşmaya əlavə stimul verəcək: “Hazırkı iqtisadi şəraitdə əmlakın, mülkün, torpağın və avtomobilin üzərində qurulan əməliyyatların riskinin nisbətən az olması onları yeni yığım vasitəsinə çevrə bilər”.

Hüseyn İbadlı






3 Mart, 2015  17:49 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner