Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Maşın yol kənarındakı piyadaya çırpıldı - Bərdədə

Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Simsar.az ans press-ə istinadən xəbər verir ki, hadisə Bərdənin Koroğlu küçəsində qeydə alınıb.

Bərdə rayon sakini 25 yaşlı Xaliq Kərimov yüksək sürətlə idarə etdiyi VAZ-2101 markalı avtomaşınla idarəetməni itirərək yol kənarındakı piyadaya çırpılıb.

Ağır xəsarət alan piyada 28 yaşlı Rahib Zeynalov onu avtomobiliylə vuran sürücünün köməyilə Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə qəza nəticəsində yaralanan Ağdam rayonundan məcburi köçkün Rahib Zeynalovun sağ bud sümüyü sınıb və ağır kəllə beyin travması alıb.

Hazırda vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları da gəlib. Əldə etdiyimiz məlumata görə, hadisənin törətməkdə təqsirli bilinən Xaliq Kərimov özü polisə təslim olub. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.






3 Mart, 2015  00:12 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner