Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Süleyman şah” əməliyyatı spekulyasiya elementi kimi – POLİTOLOQ RƏYİ

“Fevralın 19-dan 20-nə keçən gecə Türkiyə Silahlı Qüvvələrinin ölkə sərhədindən Suriya istiqamətinə 37 km-lik məsafədə həyata keçirdiyi “Süleyman şah” əməliyyatı Türkiyənin tarixi keçmişinə, mədəniyyətinə və irsinə olan münasibətinin ifadəsidir”.

Bunu Simsar.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

O bildirib ki, bu hadisəyə başqa don geyindirməyin heç bir əsası yoxdur: “Bir çox hallarda bu məsələyə fərqli yanaşmalar üzə çıxır. Bəzi hallarda Türkiyə hökumətinə qarşı ittihamlar da irəli sürülür. Xüsusilə, bu mövqedən Türkiyə müxalifəti çıxış edir. Hesab edirəm ki, burda 3 variant ola bilərdi. Birici variant – Türkiyə hökumətinin etdiyi kimi hadisələri qabaqlamaq və “Süleyman şah” məqbərəsinin dağılmasının qarşısını almaq idi. İkinci variant – məqbərənin dağıldılmasına imkan vermək idi. Üçüncü variant isə məqbərə dağıdıldığdan sonra “İŞİD” teror təşkilatını cəzalandırmaq və onunla mübarizəyə başlamaq. Ən məqbul variant isə qabaqlayıcı addımdır. Türkiyə hökuməti bu addımı ataraq tarixinin bir parçasını qoruya bildi”.

Bunun böyük rəmzi mənasının olduğunu deyən politoloq bildirib ki, bu məqbərə yalnız Türkiyənin deyil, eyni zamanda dünya mədəniyyətinin abidəsidir: “İndiki vəziyyətdə də təhlükə yaranarsa, Türkiyə dövləti abidənin qorunması ilə bağlı növbəti addımı atacaq. Mənə elə gəlir ki, ölkə daxilində bəzi qüvvələr bu prosesdən spekulyasiya elementi kimi və iqtidarı tənqid etmək üçün istifadə edirlər. Beləliklə, kütləvi emosiyalarla oynayırlar. Türkiyə iqtidarı düzgün addım atıb. Çünki həmin abidənin dağılmayacağı ilə bağlı heç kim təminat verilməyəcəkdi. Bu gün Ərdoğan iqtidarı çevik reaksiya verərək abidənin təhlüksəsizliyini təmin edib. Təhlükə yaranarsa, yenə də adevkat addım atılacaq”.

“Süleyman şah” məqbərəsinin təhlükəsizliyinin tam təmin olduğunu söyləmək çətindir. Amma indiki reallıqlar və məqbərənin yerləşməsi fonunda real görünür. Sabah “İŞİD” terrorçuları məqbərə tərəfə daha da irəliləyərsə, yenidən təhlükə yaranarsa, bu halda növbəti analoji addımların atılacağı istisna deyil. Məqsəd abidənin qorunub saxlanmasını təmin etməkdi. “İŞİD” təhlükəsi tam olaraq yox olarsa, məqbərəni əvvəlki yerinə qaytarmaq gündəmdə olacaq. Növbəti təhlükə yaranarsa, növbəti yerdəyişmə istisna deyil” – deyə, E.Nəsirov əlavə edib.

Hüseyn İbadlı






2 Mart, 2015  14:09 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner