Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəblərə elektron qəbulla bağlı komissiyalar yaradılacaq

Bakı Şəhər Təhsil İdarəsi şagirdlərin I sinfə qəbulunun elektron qaydada hansı zərurətdən aparılmasını açıqlayıb.

Bakı Şəhər Təhsil İdarəsi sinfə elektron sənəd qəbulunun tətbiqi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə yalnız xidmət edir.
İdarədən bildirilib ki,  elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.Tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.
Alternativ sənəd qəbulu komissiyaları Səbail rayonu – 2 nömrəli THL, Nizami rayonu – 145 nömrəli, Nəsimi rayonu – 133 nömrəli, Yasamal rayonu – 18 nömrəli, Nərimanov rayonu – 47 nömrəli, Xətai rayonu – 191 nömrəli, Sabunçu rayonu – 252 nömrəli, Suraxanı rayonu – 114 və 279 nömrəli, Qaradağ rayonu– 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaq.
Elektron sistemlə istifadəçi arasında mobil telefon və ya email ünvanı ilə əlaqə qurulacaq. Həmçinin, qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər.
I sinfə qəbul üçün valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);
uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;
məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);
valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap çap olunmuş “Buraxılış vərəqi” (zəruri deyil).
Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.
Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.
Valideyn seçdiyi məktəbi dəyişmək üçün sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.


Aysel Kərimova






27 Fevral, 2015  17:31 Baxılıb: 834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner