Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Putin İlham Əliyevi Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimr Putin Sovet ordusunun və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə təşkil olunacaq tədbirdə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Moskvaya dəvət edib.

Simsar.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Yevda Abramov fevralın 24-də keçirilən plenar iclasda çıxışı zamanı məlumat verib.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü, deputat Vahid Əhmədov bildirib ki, bu qələbə yalnız Putinin qələbəsi deyil. Qələbə SSRi tərkibində olan 15 respublikanın  və Azərbaycan neftinin hesabına əldə olunub: “Bizim müharibədə iştirak edən veteranlarımız var. Azərbaycan dövlət başçısı bu yaxınlarda veteranlarla bağlı sərəncam verib. Bu elə bir tədbirdir ki, orda iştirak etmək lazımdır. Ümumiyyətlə, dövlət rəhbərləri nə qədər yüksək səviyyədə tez-tez görüşsələr bir o qədər əhəmiyyətli olar. Moskvaya getməsi ilə bağlı qərarı isə ölkə başçısı özü verəcək. Hesab edirəm ki, ölkə başçıları belə tədbirlərdə daha çox iştirak edərlərsə, təmasda olarlarsa, bunun müsbət bəticəsi olar”.

Milli Məclisin deputatı İlyas İsmayılov isə bildirib ki, 9 may faşizm üzərində qələbə deməkdir. Biz də bu qələbəni qeyd etməliyik: “Rusiya prezidenti dəvət edibsə, Azərbaycan prezidenti onun  dəvətini yerə salmaz”.

Qeyd edək ki, Milli Məclsinin deputatı Yevda Abramov sonuncu iclasda Bakıya “qəhraman şəhər” adı verilməsi təklifi ilə də çıxış etmişdi.

Bildirək ki, məsələni gündəmə gətirən deputat Yevda Abramov tapşırılan işlərlə əlaqədar Quba-Qusar bölgəsində olduğu üçün danışa bilməyib.

Hüseyn İbadlı






27 Fevral, 2015  15:21 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner