Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İsmayıllıda Xocalı haqda FİLM

ADDIM Gənclər təşkilatı  və Gənclər üçün Təhsil Mərkəzi  Gənclər paytaxtında Xocalı faciəsinin 23-cü il dönümünə həsrolunmuş ilk tədbirini həyata keçirib

Simsar.az xəbər verir ki, tədbir İsmayıllı rayon İcra hakimiyyətinin Mədəniyyət sarayında baş tutub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başda olmaqla  digər icra hakimiyyəti nümayəndələri, Gənclər və idman İdarəsi nümayəndələri, Mədəniyyət Saray kollektivi, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov, “Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə ,“Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud, bəstəkar Tahir Əkbər, 300 nəfər İsmayıllı gənci və media nümayəndləri iştirak edib.

Anım mərasimi Mədəniyyət sarayının Xocalıya həsr olunmuş tamaşası ilə davam edib. Ardınca “Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə tədbirin məqsədinin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, soyqırımın miqyasının daha dərindən dərk edilməsinə xidmət etdiyindən və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasının əhəmiyyətindən danışdı. “Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə çıxışında, Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıblar. Sonra Gənclər paytaxtında ilk layihə olaraq "NARGİS Publishing House" tərəfindən hazirlanmış “Xatirə” qısametrajlı filmi nümayiş olunub. Xocalıdan məcburi köçkünün xatirəsindən bəhs edən filmin müəllifi Fuad Golddur. Daha sonra əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi ordenli hərbçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa  çağırıb.

Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İbad Hüseynova və ADDIM , Gənclər üçün Təhsil Mərkəzinin rəhbərlərinə Azərbaycanın gənclər paytaxtı kimi ilk vətənpərvərlik tədbirin İsmayıllıda keçirdikləri, “Xocalıya ədalət” təbliğat kompaniyasında fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Tədbirdən sonra Heydər Əliyev  Mərkəzi ziyarət olunub.

Nigar Məhərrəm






27 Fevral, 2015  14:25 Baxılıb: 1084 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner