Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Jurnalistlər mətbuat şurasına şikayət etmədi

Əflatun Amaşov: "Amma həmin məqamlarda jurnalistlər gödəkcələrdə olmayıb"

Müxalifətin son aksiyalarında Mətbuat Şurasına jurnalistlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib. 

MŞ-nin Bakı şəhərində keçirilən aksiyalarda iştirak edən jurnalistlərin fəaliyyətini yenə monitorinq edəcəyini deyən Ə.Amaşov yalnız bir neçə hadisənin qeydə alındığını bildirib: “Bir neçə hadisə baş verib. Amma həmin məqamlarda jurnalistlər gödəkcələrdə olmayıb. Növbəti aksiyalarda da Şuranın monitorinq qrupu hadisə yerində olacaq. Biz çalışacağıq ki, jurnalistlərin hüquqlarını qoruyaq”. 

MŞ-nin Prezident Administrasiyasına mətbuatın vəziyyətinin yaxşılaşdırılması üçün verdikləri təkliflərə də toxunan Şura sədri bildirib ki, reklam bazarını dəqiq öyrənmək lazımdır. O, reklam bazarının yaxşılaşdırılması üçün xarici təcrübəyə də diqqət yetirmənin lazım olduğunu deyib: “Türkiyə təcrübəsi bizim üçün məqbul sayıla bilər. Dövlət qurumlarının büdcəsi formalaşdırılarkən xüsusi maddə var ki, bu maddədə qurumun kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsini nəzərdə tutulur. Biz də bunun üzərində işləyirik. Mətbuat Şurası dəfələrlə bu məsələni müzakirə edib. Təkliflərimizi də Prezident Administrasiyasına təqdim etmişik. Yəqin ki, yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək”.






3 May, 2011  19:14 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner