Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azəryolservis"dən tıxacla bağlı Açıqlama

Bakı-Quba yolunun 8-ci kilometrliyində təmir işləri yekunlaşmaq üzrədir.

Bunu “APA-Economics”ə açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, “Azəryolservis” ASC-nin əsas hədəfi Avropa Oyunları ilə bağlı tədbirlər planı çərçivəsində müəyyən hərəkət marşrutu üzrə yerləşən avtomobil yolları, prospekt və küçələrdə nəqliyyatın normal hərəkətini təmin etməkdir. “Bakı-Quba yolunun 8-ci kilometrliyi də (Avtovağzal) belə yollardandır. Artıq bu yol 6-7 il əvvəl təmir olunduğundan asfalt örtüyünün üst qatı qaşınaraq yeni asfalt-beton örtüyü ilə əvəz olunur”, - deyə P. Mürsəliyev bildirib.

Asfalt örtüyü yenilənən yolun uzunluğu 700 metrdir.

Qurum rəsmisi əlavə edib ki, Bakıdan Sumqayıt istiqamətinə olan yolda asfalt-beton örtüyü artıq vurulub və hal-hazırda bu yolun əks istiqamətində işlər davam etdirilir: “Sadəcə bu yolda nəqliyyatın hərəkəti intensiv olduğundan işlər gecə 23:00-dan sonra başlayır və səhər saatlarına kimi davam etdirilir. Yaxın günlərdə bu yolda da təmir işləri sona çatdırılacaq”.

Qeyd edək ki, Avropa Oyunları ilə bağlı hərəkət marşrutu Ziya Bünyadov prospektindən başlayaraq 20 Yanvar dairəsi, Şamaxinka tuneli və Bakı-Quba yolu da daxil olmaqla, Bakı dairəvi 1, Bakı-Quba yolunun 4-14-cü kilometrlik hissəsinə qədər məsafəni əhatə edir.






27 Fevral, 2015  12:19 Baxılıb: 443 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner