Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xocalı faciəsi, 19 aylıq əsirlik və parklarda keçən ömür...

«Əsir düşən günü anamı və bir neçə həmvətənlərimizi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər - quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar».

19 aylıq əsir həyatından sonra da Həyat onun üzünə gülmədi. Xocalı faciəsi baş verəndə, Leyla Səyyadovanın 9 yaşı vardı. Həmin günü – 26 fevralı həyatının faciəsi adlandırır.

Anası Roza Bayramqızı ilə birlikdə əsir düşür. «Əsir düşən günü anamı və bir neçə həmvətənlərimizi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər - quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar. Sonra məni 2 erməni zabiti və bir əsgəri ilə Laçın dəhlizində dəyişdilər».

Təkcə xatirələri deyil, Leylaya ömürlük «hədiyyə» də möhürlənib həmin günlərdən: «Avtomatın qundağı ilə başımın sağ tərəfindən vurdular. Üzümün və başımın sağ tərəfi plastmasdandır, sağ gözüm tamamilə görmür. Sol gözümün görmə qabiliyyəti 40 faiz qalıb. Başımdakı plastmas 10 ildən bir dəyişilməlidir. Həkim müayinəsinə getmişdim. Vaxtı çoxdan keçib deyə, artıq çirk yığılır. Dəyişmək üçün 17 min pul istəyirlər».

İndi yeganə sevinci ailəsidir – 3 övladı və hər cür əziyyətə qatlaşan həyat yoldaşı Tanrıverdi Səyyadov. Bu iki nəfəri birləşdirən təkcə çətin həyat olmayıb, həm də tale. Tanrıverdi Səyyadov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

Bu ailəni çox yerdə görənlər olub. Kirayə haqqını verə bilmədiklərindən aylarla parklarda, küçələrdə yaşayıblar.

«10 ilə yaxındır yoldaşımla kirayələrdə qalırdıq. Yoldaşım fəhləlik edir, kirayənin pulunu ödəyirdik. 2 il bundan qabaq yoldaşım böyrəklərindən müalicə almalı oldu, bir aydan artıq xəstəxanada qaldı. Bütün pullarımız dava-dərmana getdiyi üçün kirayə pulunu ödəyə bilmədik. Aptekə 400 manat borcumuz var...».

Azı 4 ay parklarda yaşayandan sonra onlara ürəyi yanan bir nəfər məcburi köçkünlərin məskunlaşdığı bu binanı nişan verir.

Elə binanın özünə də «Xocalı köçkünlərinin məskunlaşdığı bina» deyirlər.

Səyyadovlar uçuq-sökük binaya pənah gətirib burada yerləşiblər.

 

azadliq.org






27 Fevral, 2015  11:27 Baxılıb: 2384 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner