Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mübariz Qurbanlı: “Müxalifət qəzetlərindəki yazılar xülyadır”

“Azərbaycanın ABŞ-la münasibətləri üçüncü dövlətə qarşı yönəlməyib”

“ABŞ-la Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir”. Simsar.az-ın məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O, bildirib ki, Azərbaycan bölgədə aparıcı dövlətdir və ölkəmizin iştirakı olmadan Cənubi Qafqazda siyasi, iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil. 

Azərbaycanın dünyada iqtisadi mövqeyinin və nüfuzunun artdığını deyən M.Qurbanlı qeyd edib ki, ölkəmizin bölgədəki mövqeyi ilə hər bir dövlət razılaşmalı və buna uyğun siyasətini həyata keçirməlidir.

M.Qurbanlı bildirib ki, Azərbaycanın ABŞ-la münasibətləri üçüncü dövlətə qarşı yönəlməyib: “Azərbaycan dövlətinin xarici siyasətində balanslaşdırmanın əsas yer tutduğunu deyən millət vəkili qeyd edib ki, ölkəmiz dövlətlərlə ikitərəfli münasibətlər qurur, bu münasibətlərin üçüncü dövlətə qarşı yönəlməsinə imkan yaratmır. Onun sözlərinə görə, ölkəmizin məqsədlərindən biri Ermənistanın təcavüzkarlığını ifşa etmək və bu təcavüzü tanıyan dövlətlərin sayını artırmaqdır.

YAP icra katibinin müavini onu da deyib ki, bəzi müxalifət qəzetlərində konqresmenlərin ölkəmizə səfəri düzgün şərh olunmayıb: “Guya konqresmenlərin Azərbaycana səfəri hansısa məsələlərdə təzyiq etmək məqsədi daşıyır: Bu yazılar xülyadır, həqiqəti əks etdirmir. Bütün bunlar müxalifətin mətbəxində hazırlanan dezinformasiyalardır. Azərbaycan müstəqil dövlətdir və hansısa ölkə bizə təzyiq edə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti o qədər dəqiq siyasət həyata keçirir ki, burada hansısa ölkənin bu və ya digər formada təzyiq imkanlarına yer qalmır”.

RAMİL












3 May, 2011  18:56 Baxılıb: 1511 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner