Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İslam haqqında 100 illik qanun dəyişildi

Avstriya parlamenti ölkənin İslam haqqında yüzillik qanuna dəyişikləri qəbul edib.

Simsar.az-ın məlumatına görə, radikal islamçılarla mübarizə aparmağı da nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.

Avstriyanın İnteqrasiya Naziri Sebastian Kurz islahatları müdafiə edib. Amma müsəlman liderlər deyirlər ki, islahatlar onları bərabər tutmur. 1912-ci ildə yaradılmış qanun Avstriyada İslama rəsmi din statusunu vermişdi. Həmin qanuna Avropada İslamla bağlı nümunə kimi baxılıb.

İlk dəfə üç il öncə təklif olunan yeni ölçülərdə dini tətillərin qorunması və imamların təlimdən keçməsi qeyd olunur. Amma müsəlman qruplar deyirlər ki, xarici maliyyə barədə qadağa ədalətsizdir, çünki xristian və yəhudi qruplara qarşı belə bir qadağa yoxdur. Onlar deyirlər ki, qanun müsəlmanlara qarşı inamsızlığın nümunəsidir. Bəzi qruplar konstitusiya məhkəməsində qanuna qarşı şikayət etməyi planlaşdırır.






26 Fevral, 2015  20:25 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner